Fələstin-İsrail münaqişəsi və husilərin dəniz hücumu təhdidləri Yaxın Şərqdə yeni eskalasiya dalğası yaradaraq beynəlxalq ticarət və təhlükəsizliyə risk yaradır.

Bu gün / 15:56 381 Yaxın Şərqdə müharibə və xaosun yeni dalğası: Böyük dövlətlərin mənafeləri və regionun gələcəyi

Yaxın Şərqdə illərlə davam edən siyasi və hərbi gərginlik son aylarda daha da dərinləşərək beynəlxalq təhlükəsizliyə ciddi təhdidlər yaratmağa başlayıb. Xüsusilə Fələstin və İsrail arasında davam edən münaqişə regionda güc balansını dəyişdirərkən bu prosesə üçüncü tərəflərin də aktiv şəkildə müdaxilə etməsi vəziyyəti daha da mürəkkəbləşdirir. Son günlərdə Yəməndəki husi hərəkatının İsraillə əməkdaşlıq edən ticarət gəmilərinə qarşı açıq hücum təhdidləri səsləndirməsi regionda dəniz nəqliyyatı və qlobal ticarət yollarının təhlükəsizliyi baxımından yeni bir eskalasiya mərhələsini işarə edir.

Bu bəyanatlar yalnız Yaxın Şərqdə deyil, eyni zamanda, Qırmızı dəniz və Hind okeanı üzərindən keçən beynəlxalq dəniz yollarında da narahatlığa səbəb olub.

Siyasi elmlər üzrə fəlsəfə doktoru, professor Əlimusa İbrahimov Sosialmedia.az -a açıqlamasında bildirib ki, bütün bunlar Yaxın Şərqdə müharibə və xaosun qarşısını almaq üçün görülən addımların lazımi nəticə vermədiyini göstərir:

32 views