Sürücü avtomobildə sükan arxasında düzgün ayaqqabı geyinir

DYP-nin qəza risklərinin artımı ilə bağlı MÜRACİƏTİ

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə müraciət edib.

Sumqayit24.az İdarəyə istinadən xəbər verir:

“Yol hərəkətində təhlükəsizlik hər kəs üçün vacibdir. Avtomobil idarə etmək təkcə texniki bacarıq deyil, həm də diqqət və məsuliyyət tələb edir.

Aparılan müşahidələr göstərir ki, bəzi qəzalar sürücülərin uyğun olmayan geyim və xüsusilə ayaqqabıdan istifadə etməsi ilə bağlıdır.

Nazik, hündürdabanlı, topuqlu, arxası açıq, sürüşkən və elastik altlıqlı ayaqqabılar pedala nəzarəti çətinləşdirir. Bu da ayağın sürüşməsinə və pedalın vaxtında sıxılmamasına səbəb olur. Nəticədə qəza riski artır.

Bu hallar daha çox xanım sürücülər arasında müşahidə olunur.

DYP sürücüləri diqqətli olmağa çağırır. Özünüzü və digərləri qorumaq üçün məsuliyyətli davranın.

“Təhlükəsizliyinizi düşünün – özünüzü və digərlərini qoruyun!

31 views