Qəza sonrası xəstəxanaya aparılan təcili tibbi yardım maşını

Qubadlıda qəzaya düşən şəxslərin VƏZİYYƏTİ AÇIQLANIB

Qubadlı rayonunda qəzaya düşən Sumqayıt sakininin vəziyyəti açıqlanıb.

Sosialmedia.az xəbər verir ki, bu barədə TƏBİB məlumat verib.

Qeyd edilib ki, Qubadlı rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 4 nəfər (kişi cinsli) Füzuli Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub. Onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travması diaqnozu təyin olunub.

Xəsarət alan şəxslərdən biri olan Sumqayıt sakini İlqar Heydərov Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına təxliyə olunub.

30 views