Ağdamın Xıdırlı kəndinə köç edən ailələri daşıyan avtomobillərin görüntüsü – köç karvanı

Sumqayıtda məskunlaşmış ailə YURDUNA QAYIDIB

Ağdam rayonunun Xıdırlı kəndinə növbəti köç karvanı yola salınıb.

Sosialmedia.az xəbər verir ki, köç karvanı respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət olub. Doğma yurda qayıdanlar arasında Sumqayıtda yaşayan 6 nəfərlik ailə də yer alıb.

Beləliklə, 29.07.2025-ci il tarixindəki köç də nəzərə alınmaqla Xıdırlı kəndinə ümumilikdə 130 ailə (512 nəfər) köçürülüb.

29 views