Sosialmedia.az

Ali təhsil müəssisələrinə ixtisas seçimi bu tarixdə PLANLAŞDIRILIR

Avqust ayının ortalarında ali təhsil müəssisələrinə ixtisas seçiminin aparılması planlaşdırılır.

Sosialmedia.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin aparat rəhbəri Vəfadar Misirov jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, hələ qabiliyyət imtahanları və apellyasiyalar davam edir:

“İxtisas seçimi başlayandan sonra 10 gün davam edəcək”.

36 views