Müəllimlərin işə qəbulu üzrə vakansiya seçimində yenilik ediləcək.
Sosialmedia.az a istinaden Sumqayit24.az xəbər verir ki, Müəllimlərin işə qəbulu üzrə vakansiya seçimində yenilik ediləcək.
Bu barədə Dövlət Agentliyinin şöbə müdir müavini Nurlan İsmayılbəyli məlumat verib.
O bildirib ki, namizədlər faktiki yaşayış yerinə uyğun yerləşdiriləcək.
Bu, müəllimlərin işə tez adaptasiya olunmasına kömək edəcək.
Kadr dövriyyəsi azalacaq, sosial rifah yaxşılaşacaq.
Həmçinin, imtina hallarının qarşısı alınacaq.
Son 4 ildə 1867 nəfər faktiki yaşayış yerinə uyğun olmaması səbəbilə işdən imtina edib.
Yeni meyar bölgələrdə müəllim çatışmazlığını azaltmaq məqsədi daşıyır.
Vakansiyaların effektiv tutulması və müəllimlərin rifahının artırılması da əsas hədəflərdəndir.