Sosialmedia.az

Notariat fəaliyyəti ilə məşğul olmaq istəyənlərin DİQQƏTİNƏ

Ədliyyə Nazirliyi hüquqi xidmətlərin keyfiyyətini artırmaq və notarius korpusunu peşəkar hüquqşünaslarla tamamlamaq üçün tədbirlər görür.

Sosialmedia.az Sumqayit24.az a İstinaden xəbər verir ki Nazirliyin İxtisas Komissiyası tərəfindən notariat fəaliyyəti ilə məşğul olmaq istəyən ali hüquq təhsilli vətəndaşlar üçün yeni açıq müsabiqə elan olunub.

Müsabiqənin ilk mərhələsi Dövlət İmtahan Mərkəzi ilə birgə kompüter vasitəsilə keçiriləcək və nəticələr dərhal təqdim olunacaq.

Test imtahanından keçid balı toplayan namizədlər növbəti mərhələ – müsahibəyə buraxılacaq.

Müsahibəni keçən şəxslər Ədliyyə Akademiyasında təlimə cəlb olunacaq.

Təlimin sonunda qiymətləndirmə aparılacaq və uğurlu namizədlərə şəhadətnamə veriləcək.

İştirak etmək istəyənlər 15 avqust – 15 sentyabr 2025-ci il tarixlərində sənədlərini Bakı şəhəri, Azadlıq prospekti, 72 ünvanına təqdim edə bilərlər.

Əlavə məlumat üçün nazirliyin saytına və ya göstərilən telefon nömrələrinə müraciət etmək mümkündür.

48 views