Avstraliya YouTube qadağası ilə bağlı yeni qanun qəbul edib. Qanuna əsasən, 16 yaşdan kiçik şəxslərin YouTube və digər sosial şəbəkələrə girişinə məhdudiyyət qoyulacaq. Avstraliyanın Baş naziri Entoni Albaneze bildirib ki, bu qərar ölkənin internet təhlükəsizliyi üzrə səlahiyyətli nümayəndəsinin tövsiyələrinə əsaslanır. Yeni tənzimləməyə görə, Avstraliya YouTube qadağası çərçivəsində 16 yaşdan kiçik şəxslər platformada hesab aça bilməyəcəklər.
Qadağa yalnız YouTube ilə məhdudlaşmır. Eyni zamanda “Facebook”, “Instagram”, “Snapchat”, “TikTok” və “X” kimi sosial şəbəkələr də bu qanuna daxil edilib. Albaneze qeyd edib ki, bu addım Avstraliya YouTube qadağası və ümumilikdə sosial media istifadəsinin psixoloji təsirlərini azaltmaq məqsədi daşıyır.
Bununla belə, onlayn oyunlar, mesencerlər və təhsil platformaları bu məhdudiyyətlərə daxil edilməyəcək. Baş nazir vurğulayıb ki, Avstraliya YouTube qadağası məsələsi bu ilin sentyabrında BMT Baş Assambleyasının 80-ci sessiyasında digər liderlərlə müzakirəyə çıxarılacaq.
43 views