26 yaşlı Rəşad İslamov Rusiyada bədbəxt hadisə nəticəsində həyatını itirib.
Sosialmedia.az xəbər verir ki, Salyan rayon sakini Rəşad İslamov gölə tullanarkən boynunu sındırıb və hadisə yerindəcə vəfat edib.
Qeyd edək ki, Rəşad İslamov Vətən müharibəsi iştirakçısı olub. Sosial şəbəkələrdə yer alan məlumatlara əsasən, mərhum Bakıda aşpaz kimi çalışıb və sonradan işləmək üçün Rusiyaya yollanıb.
*Rəşad İslamov*un vəfatı sosial mediada dərin hüznlə qarşılanıb. Onun qəfil ölümü hər kəsi sarsıdıb və ictimaiyyətdə geniş əks-səda doğurub.
Allah rəhmət eləsin