Azərbaycan basketbol yığmasının üzvü Dina Ulyanova Sumqayıtda uşaqlıq illərini yaşadığı yerə gedib.
Sumqayit24.az Sosialmedia.az a istinaden xəbər verir ki, o, Azərbaycan Basketbol Federasiyasının saytına həmin illərdən, ailəsindən danışıb.
D.Ulyanova eyni binada yaşayan ulu babasının dişlərindən qorxduğunu deyib: “
Uşaq vaxtı dənizi çox sevirdim. Nənəmi bezdirirdim ki, məni dənizə aparsın və orada xoşbəxt olurdum. 4-cü mərtəbədə ulu babam yaşayırdı. Bəzən onun yanında qalırdım. Ulu babamın çıxarıla bilən dişləri var idi və mən onun dişlərindən qorxurdum”.
32 views