Sosialmedia.az

Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü münasibətilə Yasamal rayonunda tədbir keçirildi

Sosialmedia.az xəbər verir ki, 31 iyul 2025-ci ildə Yasamal rayon Heydər Əliyev Mərkəzində 1 Avqust – Azərbaycan Əlifbası və Dili Günü münasibətilə tədbir keçirilib.

İştirakçılar əvvəlcə Ulu Öndər Heydər Əliyevin büstünü ziyarət edib, xatirəsini yad ediblər. Daha sonra tədbir *Dövlət Himni və bir dəqiqəlik sükut*la başlayıb.

“SübhNur” Mərkəzinin direktoru Gülnarə Hüseynova çıxışında Azərbaycan dilinin milli kimliyimizin əsası olduğunu bildirib.

Tanınmış şəxslər və alimlər dilin tarixi, müasir vəziyyəti və Heydər Əliyevin bu sahədə rolu barədə çıxış ediblər.

Fəxri qonaqlar sırasında deputat Aydın Mirzəzadə, Cavid Şıxcəfərli və Həbib Mirzəyev yer alıb.

Tədbirdə Azərbaycan dilinə həsr olunmuş videoçarx nümayiş etdirilib

161 views