Sumqayıtda işıq dirəklərindəki nasazlıq yanğına səbəb olub.
Sosialmedia.az daxil olan məlumata görə, 6-cı mikrorayonda işıq dirəklərində nasazlıq yaranıb. Nəticədə qısaqapanma zamanı yaranan qığılcımlar yerə tökülüb. Bu isə həmin ərazidə yanğına səbəb olub.
Əraziyə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunublar.
Sözügedən yer yanğından mühafizə olunub.
54 views