Sosialmedia.az

Polisdən bu sürücülərə MÜRACİƏT

Baş Dövlət Yol Polisi İdarəsi səhhətində ciddi problem olan sürücülərə müraciət edib.

Sosialmedia.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Belə ki, bir neçə gün öncə Xaçmazda sürücü sükan arxasında ürəktutmasından ölüb, avtomobil isə ayırıcı zolağa çırpılıb.

Baş Dövlət Yol Polisi İdarəsi də son vaxtlar havaların isti keçməsi fonunda belə hadisələrin sayının artmasını nəzərə alaraq, səhhətində ciddi problemlər olan sürücülərdən sükan arxasına əyləşməməyi xahiş edir.

Eyni zamanda, belə hallarla mübarizədə yaxın ətrafın rolu da vacibdir. Xüsusilə ailə üzvlərindən xahiş olunur ki, səhhətində problem olan doğmalarının sükan arxasına keçməsinin qarşısını alsınlar.

Sonda isə İdarə vətəndaşlara çağırış edib:

“Unutmayaq: Sağlamlığımızın risk altında olduğunu bildiyimiz halda sükan arxasına əyləşmək – qəzanı yolumuza “dəvət” etmək deməkdir! Qəzadan uzaq olaq!”.

15 views