Sumqayıtda sərnişinlərin kondisionerlərin işləmədiyi avtobuslarla bağlı narazılıqları artmaqdadır.
Sosialmedia.az Sumqayıt TV e istinadən bildirir ki.
Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) mətbuat katibi Tural Orucov açıqlama verib.
AYNA rəsmisi bildirib ki, hər il yay mövsümü başlamazdan əvvəl sərnişindaşıma fəaliyyəti göstərən daşıyıcılara rəsmi qaydada xəbərdarlıq məktubu göndərilir və havaların temperaturuna uyğun olaraq avtobuslardakı sərinləndirmə sistemlərinin işlək vəziyyətə gətirilməsi tapşırılır.
“Bu məsələ tərəfimizdən daimi diqqətdə saxlanılır. Kondisionerlə təchiz edilmiş avtobuslarda soyutma sisteminin işlək vəziyyətdə olması müşahidə edilir,” – deyə Tural Orucov qeyd edib.
Lakin o bildirib ki, bəzi hallarda kondisioner sistemində texniki nasazlıq yarana bilər.
“Belə olan halda nasazlığın tez bir zamanda aradan qaldırılması ilə bağlı daşıyıcıya xəbərdarlıq edilir və tədbir görülməsi tələb olunur,” – AYNA-nın mətbuat katibi əlavə edib.
AYNA ictimai nəqliyyatda bu cür hallarla qarşılaşan sərnişinləri şikayətlərini aidiyyəti üzrə quruma çatdırmağa çağırır.
27 views