Xankəndidə Diaspor Gənclərinin VI Yay Düşərgəsi keçirilir.
Sosialmedia.az İstinaden “Report.az”un Xankəndinə ezam olunan əməkdaşı xəbər verir ki, avqustun 3-dən 9-dək davam edəcək düşərgənin iştirakçıları artıq Xankəndi şəhərindədirlər.
Qeyd edək ki, tədbir Diasporla İş üzrə Dövlət Komitəsi və Heydər Əliyev Fondunun birgə təşkilatçılığı ilə baş tutur.
Düşərgədə dünyanın 61 ölkəsindən 128 azərbaycanlı gənc və Azərbaycana dost münasibət bəsləyən xalqlardan olan gənclər iştirak edirlər.
Açılış mərasimində rəsmi şəxslər, görkəmli ziyalılar, tanınmış elm, mədəniyyət və incəsənət xadimləri iştirak edəcəklər.
9 views