"Asiya İnkişaf Bankının loqosu daş üzərində — qızılı rəngli dişli dairə və dəfnə yarpaqları ilə bəzədilmiş emblem, ortasında 'ASIAN DEVELOPMENT BANK

ADB “Qırmızı Körpü” keçid məntəqəsində yüklərin rəsmiləşdirilməsinin sürətləndirilməsi ilə bağlı tövsiyə verib

ADB Qırmızı Körpü keçid məntəqəsində yüklərin rəsmiləşdirilməsinin sürətləndirilməsi ilə bağlı tövsiyə verib

Asiya İnkişaf Bankı (ADB) “Qırmızı Körpü” sərhəd-keçid məntəqəsində gözləmə vaxtının azaldılması və səmərəliliyin artırılması üçün rüsumların əvvəlcədən ödənilməsi sisteminin tətbiq edilməsini tövsiyə edib.

Bu barədə Sosialmedia.az ADB-yə istinadən bildirib.

Bank qeyd edib ki, bu tədbir daxil olan yüklərin emalını sürətləndirəcək və həm treyderlərin, həm də gömrük orqanlarının inzibati yükünü azaldacaq.

Tövsiyə 2001-ci ildən bəri hökm sürən iqtisadi qeyri-bərabərliyin azaldılmasına və regional inteqrasiyanın inkişafına yönəlmiş Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq (CAREC) təşəbbüsü çərçivəsində təqdim edilib.

Sərhəd məntəqələrinin “Nəqliyyat və transsərhəd ticarətə yardım” indeksi üzrə qiymətləndirilməsi çərçivəsində ADB “Qırmızı Körpü” keçid məntəqəsi üzrə nəticələri təqdim edib. Belə ki, ümumi orta çəkili səmərəlilik balı 71 %, “Gömrük prosedurları və rəsmiyyətləri” üzrə səmərəlilik 0,55 (79 %), “Gömrük xidmətləri arasında əlaqələndirmə” üzrə 0,15 (77 %), “Nəqliyyat infrastrukturunun dəstəklənməsi” üzrə 0,25 (64 %), “Nəqliyyat qaydaları” üzrə isə 0,05 (%) təşkil edir.

Bank əsas sənədlərin elektron emalını, inkişaf etmiş İKT infrastrukturunu, əvvəlcədən gömrük rəsmiləşdirilməsi (pre-arrival clearance) imkanını, Gürcüstanın gömrük orqanları ilə elektron məlumat mübadiləsini və əsas sənədlərin qarşılıqlı tanınmasını üstünlük olaraq qeyd edir.

ADB əsas məhdudiyyətlərə sənədlərin əslinin (pasportlar, kommersiya fəaliyyəti üçün sürücülük vəsiqələri, məsuliyyət və yük sığortası şəhadətnaməsi və s.) təqdim edilməsinin icbari xarakter daşımasını, CMR (beynəlxalq nəqliyyat qaiməsi) və gömrük rüsumlarının qaytarılması üçün elektron ərizələrin verilməsinin qeyri-mümkünlüyünü, rüsumlarının əvvəlcədən ödənilməsi seçiminin olmamasını, nəqliyyat vasitələrinin ID-sinin oxunma sisteminin məhdud tətbiqini (yalnız 50 % hallarda), yük nəqliyyat vasitələri üçün çəki və ölçü məhdudiyyətlərinin olmasını, sərhəddə koordinasiyalı idarəetmənin olmamasını və buraxılış qabiliyyətinin aşağı olmasını (hər zolaq üçün saatda cəmi 4,7 yük maşını) aid edib.

Böyük logistika infrastrukturunun mövcudluğuna baxmayaraq, həddindən artıq yüklənmə və tıxaclar səbəbindən gözləmə vaxtı regionun bütün keçid məntəqələri arasında ən yüksək vaxt olaraq qalır.

“Qırmızı Körpü” keçid məntəqəsindən böyük miqdarda təzə sitrus meyvə yükünün keçdiyini nəzərə alaraq, ADB məntəqənin yaxınlığında soyuducu anbarın yaradılmasını tövsiyə edir.

“Temperatur dəyişikliklərinə həssas olan təzə meyvələr tez xarab olduğu üçün sərhəddə aparılan yoxlamalar, boşdayanmalar və saxlama şəraitinin olmaması onların yararlılıq müddətini azalda və xarab olmasına səbəb ola bilər. Soyuducu infrastruktur məhsulun keyfiyyətini qorumağa və zərəri azaltmağa imkan verəcək”, – hesabatda deyilir.

ADB-nin məlumatına görə, 2001-ci ildən 2024-cü il yanvarın 1-dək 276 regional layihəyə 51 milyard ABŞ dollarından çox investisiya cəlb edilib, əsas diqqət multimodal nəqliyyat şəbəkələrinin inkişafına, ticarətin yaxşılaşdırılmasına, sərbəst hərəkətə və iqtisadi dəhlizlərin formalaşdırılmasına yönəlib.

CAREC proqramı çərçivəsində nəqliyyat sektoru üçün investisiyanın əsas alıcısı olan ölkələr Qazaxıstan (24,6 % və ya təxminən 8,44 milyard ABŞ dolları), Özbəkistan (19 % və ya 6,52 milyard ABŞ dolları) və Azərbaycandır (16,3 % və ya 5,59 milyard ABŞ dolları). Ümumilikdə, bütün investisiyaların 67,4 %-i və ya təxminən 34,3 milyard ABŞ dolları nəqliyyat infrastrukturunun payına düşür.

ADB vurğulayır ki, CAREC ölkələrinin əksəriyyəti təbii ehtiyatlarla zəngindir, Azərbaycan və Qazaxıstan neft və qazın əsas ixracatçılarıdır, Monqolustan, Türkmənistan və Özbəkistan isə böyük həcmdə digər faydalı qazıntı ehtiyatlarına malikdir. 2023-cü ildə CAREC ölkələrinin ümumi ixracı 202 milyard ABŞ dolları təşkil edib, bunun 84,39 milyard ABŞ dolları Qazaxıstanın, 38,15 milyard ABŞ dolları Azərbaycanın, 31,18 milyard ABŞ dolları isə Pakistanın payınü düşüb ki, bu da region üzrə bütün ixracın təxminən 70 %-nə bərabərdir.

29 views