Azərbaycanda dövlət qurumlarına verilən yeni domenlərin sayı 37 % azalıb

Bu ilin yanvar-iyul aylarında Azərbaycanda dövlət qurumlarının istifadəsinə 29 yeni domen verilib.

 

Sosialmedia.az Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 37 % azdır.

 

Hesabat dövründə dövlət qurumlarının istifadəsinə 157 yeni subdomen də verilib ki, bu da 1 il əvvələ nisbətən 21 % azdır.

 

2024-cü ildə dövlət qurumları 64 yeni domen və 367 yeni subdomen alıb

31 views