Polis əməkdaşlarının sosial müdafiəsini gücləndirmək və maddi-texniki bazanı möhkəmləndirmək məqsədilə polisin maliyyələşmə mənbələri artırılıb.
Sosialmedia.az President.az-a istinadən xəbər verir ki, bu dəyişikliklər “Polis haqqında” Qanuna edilən əlavələrlə təsdiqlənib.
Yeni dəyişikliklərə əsasən, aşağıdakı vəsaitlər xüsusi hesabata köçürüləcək:
– Polis orqanlarının istintaq apardığı cinayət işləri üzrə dövlətə vurulmuş ziyanın ödənilməsi zamanı dövlət büdcəsinə köçürülən vəsaitin 5 faizi.
– Cinayət məsuliyyətindən azad edilmə üçün dövlət büdcəsinə edilən ödənişlərin 5 faizi.
Bu vəsaitlər müvafiq icra hakimiyyətinin müəyyən etdiyi qurumun xəzinə hesabına daxil ediləcək.
Həmin vəsaitdən necə istifadə ediləcəyi isə ayrıca müəyyən ediləcək
16 views