Sosialmedia.az

Şagird yerdəyişməsinə START VERİLİR

2025-2026-cı tədris ili üzrə şagird yerdəyişməsi bu gündən başlayır. Proses sy.edu.az platforması üzərindən həyata keçiriləcək.

Sosialmedia.az xəbər verir ki, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən verilən məlumata görə, 2-9 və 11-ci siniflər üçün yerdəyişmə 5 avqust saat 15:00-da, 10-cu siniflər üçün isə 12 avqust saat 11:00-da aktivləşdiriləcək.http://sy.edu.az

İmtahanla qəbul aparılan məktəblərdə imtahanlar 16-17 avqust tarixlərində keçiriləcək. Valideynlər 5-13 avqust tarixləri arasında sy.edu.az üzərindən qeydiyyatdan keçməlidirlər.

Yerdəyişmə prosesi 20 avqust saat 18:00-da başa çatacaq.

17 views