Sumqayıtda yanğın baş verib.
Sosialmedia.az-a daxil olan məlumata görə, hadisə “Mero” adlanan ərazidə qeydə alınıb. Şahidlər bildirirlər ki, elektrik transformatorunun yerin altından çəkilmiş naqillərində qısa qapanma yaranıb və partlayışlar olub. Nəticədə ətrafdakı ot-alaq yanıb.
“Naqillər yerin altından keçməməlidir! Yağış-qar yağan zaman oradan keçən insanları “tok” vura bilər.” , – deyə vətəndaşlardan biri deyib.
18 views