Yaralansa da, döyüş yoldaşlarını tək buraxmayan QƏHRƏMAN

Sumqayıtlı şəhidin doğum günüdür.

 

Sosialmedia.az xəbər verir ki, Emil Vaqif oğlu İsgəndərov 5 avqust 1990-cı ildə Sumqayıtda, hərbçi ailəsində anadan olub. Orta təhsilini 10 saylı məktəbdə alıb.

 

2011- ci ildə Quba rayonu N saylı hərbi hissənin Daxili Qoşunların Xüsusi Vasitələrin Tətbiqi (XVT) sahəsində Müddətdən artıq hərbi xidmətə başlayıb. 2015-ci ildə isə Gizir rütbəsi alıb.

 

Vətən müharibəsində iştirak edən şəhid gizir Emil İsgəndərov Cəbrayıl rayonu ərazisində nəzarətə, Hadrut və Qubadlı uğrunda gedən savaşlara qatılaraq qəhrəmancasına döyüşüb.

 

Son əməliyyatı isə Şuşa şəhərinin işğalçdan azad olunması uğrunda olub. Şəhidimiz burad qolundan iki güllə yarası alsa da, döyüş yoldaşları ilə çiyin-çiyinə döyüşü sona qədər davam etdirib.

 

Şuşa şəhəri yaxınlığında yanına minaatan mərmisinin düşməsi ilə sol ayağından ağır yaralanıb. Döyüş yoldaşlarının köməyi ilə yaralı halda Şuşa şəhərinə aparılsa da, qanitirmədən şəhid olub.

 

Emil İsgəndərov Prezident İlham Əliyevin Sərəncamına əsasən ölümündən sonra “Vətən uğrunda”, “Şuşanın azad olunmasına görə” və “Hərbi xidmətlərdə fərqlənməyə görə” 3-cü dərəcəli medallara layiq görülüb.

 

Şəhidimiz ailəli idi. İbrahim və Nicat adlı iki oğlu Vətənə əmanət qalıb.

30 views