ABŞ-nin Arizona ştatında kiçik təyyarə qəzaya uğrayıb. Sosialmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Çinl hava limanı yaxınlığında baş verib. Yerli vaxtla saat 12:40-da havaya qalxan təcili yardım təyyarəsi qəzaya uğrayaraq yanıb. Hadisə nəticədə 4 nəfər həyatını itirib. Onların heç biri yerli sakin olmayıb.
Qəzanın səbəbi hələ açıqlanmayıb. Hadisə yerində ABŞ-ın Nəqliyyatda Milli Təhlükəsizlik Şurası və Federal Aviasiya Administrasiyasının mütəxəssisləri araşdırma aparır
12 views