Sumqayıtda arvadını döyən kişiyə elektron qolbaq taxıldı.
Sosialmedia.az-ın məlumatına görə, Sumqayıt Şəhər Məhkəməsində qəsdən sağlamlığa yüngül zərər vurmada təqsirləndirilən Namiq Məmmədzadənin (adı, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
Hakim Vüsalə Qasımovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Nəticədə N.Məmmədzadə 6 ay müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzasına məhkum edilib.
İttihama görə, hadisə bu il Sumqayıt şəhəri ərazisində qeydə alınıb.
Belə ki, Namiq Məmmədzadə evdə arvadı, zərərçəkmiş İradə Məmmədzadə (adı, soyadı şərtidir) ilə mübahisə edib. Bu zaman o, arvadının baş, sağ və sol qol nahiyəsinə qəsdən bir neçə yumruq zərbələri vuraraq ona xəsarət yetirib.
Hadisədən sonra Namiq Məmmədzadə saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.
12 views