Sosialmedia.az

KİV: Tramp gələn həftə Putinlə görüşməyi planlaşdırır

🇺🇸 Tramp və Putin görüşə bilər – Ukrayna ilə üçtərəfli danışıqlar gündəmdə
ABŞ Prezidenti Donald Tramp gələn həftə Rusiya lideri Vladimir Putinlə görüşməyi planlaşdırır. Bu  “Sosialmedia.az” xəbər verir ki, bu barədə The New York Times və digər nüfuzlu mənbələr məlumat yayıb.
Tramp bu planını Avropa liderləri və Ukrayna Prezidenti Volodimir Zelenski ilə telefon danışığı zamanı açıqlayıb. Danışığa Böyük Britaniyanın Baş naziri Kir Starmer, Almaniya kansleri Fridrix Merts, NATO Baş katibi Mark Rütte, ABŞ vitse-prezidenti Ceyms Devid Vens, dövlət katibi Marko Rubio və Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff da qatılıb.
Trampın xüsusi nümayəndəsi Uitkoffun Putinlə Moskvada keçirdiyi üç saatlıq görüş “çox məhsuldar” adlandırılıb. Ağ Evdən bildirilib ki, Tramp həm Putin, həm də Zelenski ilə üçtərəfli görüş keçirməyə açıqdır və bu görüş Ukrayna müharibəsinin sona çatması üçün “irəliləyiş” ola biler.

 

13 views