Aidə Əsgərli məktəbəhazırlıq qruplarının icbari olmadığını və birinci sinfə qəbulda maneə yaratmadığını açıqlayır.

Məktəbəhazırlıq qrupuna getməyən uşaqların birinci sinfə qəbulu məsələsinə aydınlıq gətirilib

“Məktəbəhazırlıq qrupuna getməyən uşaqların birinci sinfə qəbulunda heç bir maneə yoxdur”.

Sosialmedia.az APA-ya istinadən xəbər verir ki, bunu MÜTDA-nın Ümumi təhsilin təşkil şöbəsinin aparıcı məsləhətçisi Aidə Əsgərli deyib.

“Məktəbəhazırlıq qrupları icbari xarakter daşımır. Birinci sinfə qəbul zamanı məktəbəhazırlıq mərhələsində iştirak etməyən uşaqlar da qeydiyyatdan keçə bilərlər”, – deyə Aidə Əsgərli qeyd edib.

32 views