Ölkənin sərfəli mobil operatoru “Nar”, dövlət imtahanlarında ən yüksək nəticə toplayan ilk 10 abituriyenti mükafatlandıracağını açıqlayıb. Operator tələbələrə smartfonlar, prestijli “Nar” nömrələri və 700 AZN balans təqdim edəcək.
Layihənin məqsədi gənclərin uğurlarına dəstək vermək və universitet həyatına həvəslə başlamalarını təmin etməkdir.
Qeyd edək ki, bu ənənə 2018-ci ildən başlayıb. Həmin ildən etibarən qəbul imtahanlarında maksimal bal toplayan tələbələr “Nar” tərəfindən mükafatlandırılır.
Təhsilin inkişafı “Nar”ın əsas korporativ sosial məsuliyyət istiqamətlərindəndir. Mobil operator bu sahədə müxtəlif sosial layihələrə dəstək verir.
Hazırda “Nar” 2,2 milyon abunəçiyə keyfiyyətli rabitə xidməti göstərir. Son 6 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operator sayılır.
“Nar” müştəriyönümlü strategiyasına sadiq qalaraq, sərfəli qiymətə üstün xidmət təqdim edirhttp://Sosialmedia.az