Qatarların hərəkətində gecikmələr olacaq

Sürət qatarlarında gecikmələr olacaq.

 

Sosialmedia.az “Azərbaycan Dəmir Yolları” QSC-yə istinadən xəbər verir ki, Bakı–Keşlə sahəsində təmir işləri aparılacaq. Məhz bu səbəbdən avqustun 7-dən etibarən Abşeron dairəvi dəmir yolu marşrutu və rayonlararası istiqamətlər üzrə qatarların hərəkətində qısamüddətli gecikmələr olacaq.

 

Qatarların hərəkət qrafikində 10-30 dəqiqə intervalında gecikmə ola bilər.

 

“ADY sərnişinlərdən yarana biləcək müvəqqəti narahatlığı anlayışla qarşılamalarını xahiş edir”, – məlumatda qeyd olunur.

 

Təmir işlərinin nə vaxta qədər davam edəcəyi hələlik bilinmir.

14 views