Sosialmedia.az

Ukraynaya humanitar yardım üçün Azərbaycan iki milyon dollar vəsait ayırıb – SƏRƏNCAM

Azərbaycan Prezidenti İlham Əliyev Ukraynaya növbəti humanitar yardım göstərilməsi ilə bağlı sərəncam imzalayıb.

“Sosialmedia.az” xəbər verir ki, sərəncama əsasən, Ukraynaya elektrik avadanlığı göndəriləcək. Bu məqsədlə Prezidentin ehtiyat fondundan Energetika Nazirliyinə 2 milyon ABŞ dolları məbləğində vəsait ayrılacaq.

Azərbaycan humanizm prinsiplərinə əsaslanaraq müxtəlif ölkələrə humanitar yardım edir. Ukrayna da bu yardımı bir neçə dəfə alıb.

Azərbaycan və Ukrayna arasında münasibətlər dostluq və tərəfdaşlıq əsasında inkişaf edir. Bu əlaqələr müvafiq sənədlərlə, o cümlədən 2000, 2008 və 2022-ci illərdə imzalanan razılaşmalarla möhkəmlənib

8 views