Sumqayıt şəhərinin dəniz sahillərində təmizlik, iməcilik işləri aparılıb.
Sosialmedia.az xəbər verir ki, Sumqayıt Şəhər İcra Hakimiyyətinin, Sumqayıt Bələdiyyəsinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeli qurumların, müəssisə və təşkilatların iştirakı ilə Sumqayıt şəhərinin dəniz sahillərində təmizlik, iməcilik işləri həyata keçirilib.
Ərazi məişət tullantılarından təmizlənərək, mədəni istirahət üçün əlverişli vəziyyətə gətirilib.
Əhaliyə dəniz kənarında istirahət edərkən tullantıları sahilə atmamaları, ərazinin təmizliyinə həssas yanaşmaları tövsiyə olunub.
21 views