Ermənistanın baş naziri Nikol Paşinyan Avrasiya İqtisadi İttifaqının (Aİİ) Hökumətlərarası Şurasının Qırğızıstanda keçiriləcək iclasına getməyəcək.
Sosialmedia.az xəbər verir ki, bu barədə yerli Radar.am portalına Paşinyanın mətbuat katibi Nazeli Baqdasaryan danışıb.
Məlumata görə, Ermənistan hökuməti nümayəndə heyətinə baş nazirin müavini Mqer Qriqoryan başçılıq edəcək.
“Baş nazir Nikol Paşinyan avqustun 12-dən 15-dək məzuniyyətdə olacaq”, – deyə hökumətin mətbuat xidmətindən bildirilib.
Qeyd edək ki, Aİİ ölkələrinin baş nazirləri avqustun 14-15-də Hökumətlərarası Şuranın iclasının keçiriləcəyi Çolpon-Atada bir araya gələcəklər.
37 views