Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Ali Hərbi Məktəbinə əlavə kursant qəbulu elan edib.
Sosialmedia.az xəbər verir ki, müsabiqədə aşağıdakı abituriyentlər iştirak edə bilər:
• Polis Akademiyasına qəbul üçün mandatdan keçmiş,
• III ixtisas qrupu üzrə imtahan vermiş,
• 300 və daha çox bal toplamış,
• Lakin test imtahanının nəticəsinə əsasən müsabiqədən keçməmiş şəxslər.
Müsabiqədə iştirak etmək istəyənlər bu gün müraciət etməlidirlər.
Ünvan: Bakı şəhəri, Binəqədi rayonu, Q.Musabəyov küçəsi, 4 — DİN Daxili Qoşunlarının Baş İdarəsi.
