Sosialmedia.az

Sumqayıtda piyada zolağı silinib – piyada və sürücülər çətinlik çəkir

Sumqayıtın bəzi ərazilərində piyada zolaqları silinib.

Sosialmedia.az-a daxil olan məlumata görə, 41-ci Məhəllə ərazisində yolda piyada keçidinin olması anlaşılmır.

Vətəndaşların sözlərinə əsasən, bu vəziyyət onları müxtəlif problem və çətinliklərlə üz-üzə qoyur.

“Zolağın görünməməsi həm piyadaların, həm də nəqliyyat vasitələrinin hərəkətində anlaşılmazlıq yaradır. Buradan uşaqların, yaşlılarından istifadə etdiyi nəzərə alsaq, bu məsələ daha böyük təhlükəyə çevrilir”,- deyə şikayətçilərdən biri bildirib.

Vətəndaşlar aidiyyəti qurumlardan piyada zolağının yenilənməsini tələb edirlər.

32 views