Sosialmedia.az

Sumqayıtda zibildaşıyan maşın ərazini “ZİBİLLƏYİR”

Sumqayıtda zibil qutularının olduğu ərazidə sakinlər antisanitar vəziyyətlə üz-üzə dayanıblar.

Sosialmedia.az-a daxil olan məlumata görə, 8-ci mikrorayonda 2/14 binanın ərazisində, zibil qutularının ətrafında natəmiz vəziyyət yaranıb.

Sakinlərin sözlərinə əsasən, belə halın baş verməsinə səbəb maşınların göstərdiyi xidmətdə ortaya çıxan mənfi hallardır.

Görüntülərdən də aydın olur ki, bu texnikalardan çirkab sular axır.

Sakinlər aidiyyəti qurumlardan bu nasazlığın aradan qaldırılmasını, bir sözlə, maşınların xidmətinin düzgün təşkil edilməsini tələb edirlər.

38 views