Sosialmedia.az

Azərbaycanda aqrar sektor cüzi böyüyüb

Bu ilin yanvar-iyul aylarında Azərbaycanda 8 milyard 204 milyon manatlıq kənd təsərrüfatı məhsulu istehsal olunub. “Sosialmedia.az”in Dövlət Statistika Komitəsinə istinadla verdiyi məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 0,3 % artıb.

Son 1 ildə bitkiçilik məhsullarının dəyəri 0,4 % azalaraq 4 milyard 135 milyon manat olub. Heyvandarlıq məhsullarının dəyəri isə 1,1 % artaraq 4 milyard 69 milyon manata çatıb.

Ölkədə əkin sahələrinin:
– 973,4 min ha-sı (61,5 %) dənli və dənli paxlalı bitkilərin,
– 125,9 min ha-sı (7,9 %) texniki bitkilərin,
– 122,8 min ha-sı (7,8 %) kartof, tərəvəz və bostan bitkilərinin,
– 360,6 min ha-sı (22,8 %) isə yemlik bitkilərin payına düşür.

Dənli və dənli paxlalı bitkilərin 479 min ha-sı buğda, 433,8 min ha-sı arpa, 34,2 min ha-sı qarğıdalı, 14 min ha-sı paxlalı, 12,4 min ha-sı isə digər dənli bitkilərdir.

Əsas əkin payızda aparılıb. 943,4 min ha sahənin 906,1 min ha-sı salamat qalıb (93,1 %). 28,4 min ha sahə tam məhv olub. 6,6 min ha sahədə isə yazlıq bitkilər əkilib, 2,3 min ha isə yem üçün saxlanılıb.

13 views