Sosialmedia.az

Azərbaycan əhalisinin sayı açıqlanıb

Azərbaycan əhalisinin sayı ilin əvvəlindən 16 833 nəfər və ya 0,2 faiz artıb. 2025-ci il iyulun 1-nə olan məlumata görə, əhali 10 milyon 241 min 722 nəfərə çatıb.

Sosialmedia.az” xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Əhalinin 54,4 faizi şəhər, 45,6 faizi isə kənd sakinləridir. Kişilər ümumi əhalinin 49,8 faizini, qadınlar isə 50,2 faizini təşkil edir.

İyulun əvvəlinə əhalinin:
– 4,6 faizi Naxçıvanın,
– 23 faizi Bakı şəhərinin,
– 9,2 faizi Lənkəran-Astara,
– 8,6 faizi Abşeron-Xızı,
– 7,3 faizi Qarabağ,
– 7,1 faizi Mərkəzi Aran,
– 6,6 faizi Qazax-Tovuz,
– 6,1 faizi Şəki-Zaqatala,
– 5,8 faizi Gəncə-Daşkəsən,
– 5,4 faizi Quba-Xaçmaz,
– 5,2 faizi Mil-Muğan,
– 4,9 faizi Şirvan-Salyan,
– 3,2 faizi Dağlıq Şirvan,
– 3 faizi isə Şərqi Zəngəzur iqtisadi rayonlarının payına düşür.

18 views