Sosialmedia.az

Azərbaycan-Türkiyə əlaqələri: Bəzi çevrələr Zəngəzur dəhlizi üzərindən provokasiya ilə məşğuldur

“Bəzi çevrələr Vaşinqtonda Azərbaycan, ABŞ və Ermənistan liderlərinin iştirakı ilə baş tutmuş tarixi Zirvə toplantısı vasitəsilə Azərbaycan-Türkiyə birliyini, müttəfiqlik əlaqələrini hədəf alırlar”.

Sosialmedia.az-ın xəbərinə görə, bu barədə “Haber Global” telekanalının süjetində bəhs edilir.

Bildirilir ki, tarixi sammitdən sonra Azərbaycan Prezidenti İlham Əliyevin zəng etdiyi ilk lider Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan olub.

Süjetdə Türkiyə prezidentinin Vaşinqton görüşündən məmnunluq duyduğuna dair sözləri xatırladılıb.

Qeyd edilir ki, Zəngəzur dəhlizinin açılması həm Azərbaycanı, həm də Türkiyəni qlobal miqyasda daha da gücləndirəcək.

Süjetdə vurğulanır ki, ancaq jurnalistika pərdəsi altında hərəkət edən bəzi çevrələr iki ölkə arasındakı sarsılmaz qardaşlığı hədəf alıblar.

Zəngəzur dəhlizi məsələsi üzərindən əsassız iddialar irəli sürərək, iki ölkə arasında əlaqələri pozmağa cəhd ediblər.

11 views