Çində insanlar ev heyvanlarının yenidən doğulub-doğulmayacağını öyrənmək üçün ekstrasenslərə pul ödəyirlər.
Sosialmedia.az xəbər verir ki, outh China Morning Post məlumat verib
.Bildirilib ki, belə xidmətlərin qiyməti yarımillik limitsiz suallar üçün 420 dollara, “reinkarnasiya yoxlaması” isə 250 dollara qədər yüksəlir.
Məlumata görə, bir çox müştəri özünü aldadılmış hesab edir. Xidmət haqqı ödənildikdən sonra bəzilərini sosial şəbəkələrdə bloklayır, qrup çatlardan çıxarırlar. Zərərçəkənlərdən biri Anran adlı qadındır. O, özünü ekstrasens kimi təqdim edən Lin adlı şəxs tərəfindən ev heyvanını itirənlər üçün yaradılmış onlayn qrupa dəvət alıb. Sessiya üçün pul ödədikdən sonra qadına verilən cavablar onun sosial şəbəkə paylaşımlarındakı məlumatlara əsaslanıb.
Daha sonra Anran “reinkarnasiya paketi” alıb. Lin iddia edib ki, qadın hər gün dua etməlidir ki, iti yuxuda görünsün və yeni doğulduğu yeri desin. Bu baş vermədikdə ekstrasens müştərini “imanının zəif olması”nda günahlandıraraq onu bloklayıb.
Oxşar qrupların digər iştirakçısı ən azı 20 zərərçəkəni tanıdığını, onların birlikdə minlərlə dollar itirdiyini deyib. Bəzi zərərçəkənlər polisə müraciət edib..
20 views