ABŞ-da qeyri-adi hadisə baş verib – 2014-cü ildə Ford zavodunda işləyərkən pulqabısını itirən Richard Guilford, 10 il sonra ona yenidən qovuşub.
Soialmedia.az xarici mediaya istinadən xəbər verir ki, Guilford, həmin il zavodda avtomobil yığımı zamanı pulqabısını itirdiyini və həmkarları ilə birlikdə onlarla maşında və iş yerlərində axtarmasına baxmayaraq tapa bilmədiyini bildirib. Uzun illər ərzində o, pulqabısından heç bir xəbər ala bilməyib.
Keçən ay isə Minnesota ştatının Lake Crystal şəhərində avtomobil ustası Chad Volk, bir müştərinin maşınında texniki baxış zamanı mühərrik ilə hava filtri qutusu arasında sıxışıb qalmış bir pulqabı tapıb. İçindəki sürücülük vəsiqəsi və şəxsiyyət sənədləri sayəsində sahibinin kimliyini müəyyən edən Volk, Facebook vasitəsilə Guilford-a çatıb.
Pulqabına 10 ildən sonra qovuşan Guilford, “Minnesota-nın dondurucu soyuğunda, Arizona-nın yandırıcı istisində o qədər yol gedib. Bu, inanılmazdır” deyə bildirib. O, cüzdanı evində vitrində saxlayacağını və bu hekayəni övladları və nəvələrinə danışmağı planlaşdırdığını qeyd edib.
16 views