Pəhrizində az tərəvəz olanlarda psixoloji problemlər riski 60% yüksəkdir

Pəhrizində az tərəvəz olanlarda psixoloji problemlər riski 60% yüksəkdir

Pəhrizində az tərəvəz olanlarda psixoloji problemlər riski 60% yüksəkdirAvstraliyanın Kvinslend Texnologiya Universitetinin alimləri müəyyən ediblər ki, gündə bir porsiyadan (75 qram) az tərəvəz yeyən insanlarda psixoloji problemlərin yaranma riski, müntəzəm olaraq xiyar, pomidor, kartof və yerkökü kimi tərəvəzlər istehlak edənlərlə müqayisədə 60% daha çoxdur.

Sosialmedia.az xəbər verir ki, nəticələr International Journal of Environmental Research and Public Health jurnalında dərc olunub.

Tədqiqatda 45 mindən çox avstraliyalı iştirak edib. Onların qidalanma vərdişləri və psixi sağlamlığı təhlil olunub, həmçinin depressiya, narahatlıq və stres səviyyəsini ölçən testlər aparılıb.

Məlum olub ki, gündə beş və daha çox porsiya tərəvəz yeyənlərdə bu cür problemlər daha az müşahidə olunur. Effekt xüsusilə qadınlarda nəzərə çarpır — qadınlar üçün ən yaxşı nəticə gündə beş və daha çox porsiya, kişilər üçün isə üç-dörd porsiya tərəvəz qəbuludur.

Alimlər bildirirlər ki, tərəvəzlər psixi pozğunluqlar üçün müalicəni əvəz edə bilməz, amma nəticələr sağlam qidalanma ilə bağlı mövcud tövsiyələrə uyğundur. Daha əvvəl aparılan araşdırmalar göstərib ki, bitki mənşəli qidaların tərkibindəki antioksidantlar beyində iltihabı azalda və neyrotransmitterlərin kimyəvi balanssızlığını aradan qaldıra bilər. Bu iki amil depressiyanın inkişafı ilə əlaqələndirilir.

25 views