Sosialmedia.az

Sabah Sumqayıtda hava necə olacaq?

Sumqayıtın sabaha gözlənilən hava proqnozu açıqlanıb.

Sosialmedia.az Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, Sumqayıtda
hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Gün ərzində bəzi yerlərdə fasilələrlə yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Şimal-qərb küləyi səhər şimal-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 21-25, gündüz 28-31 dərəcə isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunu, nisbi rütubət isə gecə 70-75 %, gündüz 45-50 % təşkil edəcək

32 views