Sosialmedia.az

Sumqayıtdan Ukraynaya növbəti humanitar yardım GÖNDƏRİLİB

Azərbaycandan Ukraynaya humanitar yardım məqsədilə elektrik avadanlıqlarından ibarət yükün ikinci hissəsi yola salınıb.

Sosialmedia.az-nın məlumatına görə, yardım yük maşınları vasitəsilə Sumqayıt Texnologiyalar Parkından göndərilib.

Elektrik kabelləri və naqillərindən ibarət humanitar yardım 9 yük maşını ilə yola salınıb.

Qeyd edək ki, Ukraynaya humanitar yardımın göstərilməsi Prezident İlham Əliyevin müvafiq sərəncamı əsasında həyata keçirilib.

Xatırladaq ki, yardımın birinci hissəsi avqustun 13-də 10 yük maşınından ibarət karvanla yola salınıb.

Humanitar yardımın tərkibinə 90 min metrə yaxın elektrik kabelləri və naqillər, 7 dəst transformator və 25 generator daxildir.

Yardımın ümumi dəyəri 2 milyon dollar təşkil edir.

15 views