Ukrayna Silahlı Qüvvələri Rusiyanın Həştərxan vilayətindəki “Olya” dəniz limanına zərbə endirib.
“Sosialmedia.az Ukrayna KİV-inə istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
“Düşmənin havadan zərbələr endirmək imkanlarının azalması çərçivəsində avqustun 14-də Ukrayna Ordusunun Xüsusi Əməliyyatlar Qüvvələrinin bölmələri Rusiyanın Həştərxan vilayətinin “Olya” dəniz limanına atəş zərbəsi endirib”, – məlumatda qeyd olunub.
Bildirilib ki, bu obyekt İrandan hərbi təyinatlı malların çatdırılması üçün mühüm logistika məntəqəsi kimi istifadə olunur. Məlumata görə, İrandan alınan “Shahed” tipli PUA-ların komplektləşdirici hissələri və döyüş sursatlarının yükləndiyi “Port Olya 4” gəmisi zədələnib.
17 views