Bu tarixdə yeri maqnit qasırğası vuracaq

Bu tarixdə yeri maqnit qasırğası vuracaq

Bu tarixdə yeri Yeri maqnit qasırğası vuracaqYer kürəsini bu aydakı ikinci maqnit qasırğası avqustun 19-da vuracaq.

Sosialmedia.az xəbər verir ki, bu barədə Rusiyanın Günəş astronomiyası laboratoriyasının saytında məlumat verilib.

Qasırğa bir və ya iki gün davam edəcək və orta gücdə olacaq. Səbəb Günəşdə nəhəng tac dəliyi – təxminən yarım milyon kilometr ölçüsündə qaranlıq bir sahənin əmələ gəlməsidir.

Günəş küləyinin sürəti bu gün artmağa başlayacaq və sabaha qədər, demək olar ki, üç dəfə – saniyədə 300-dən 800-900 kilometrə qədər arta bilər. Yerin maqnit sahəsinə ən güclü zərbə çərşənbə axşamı gözlənilir və nəticələri çərşənbə günü hiss oluna bilər.

Analoji qasırğa artıq ayın əvvəlində – avqustun 8-9-da baş verib.

Alimlər vəziyyəti izləməyə davam edirlər və yeni məlumatlar daxil olduqca proqnozu yeniləyəcəklər.

21 views