ABŞ-ın Texas ştatının Hyuston şəhərində dəhşətli hadisə baş verib.
Sosialmedia.az türk mediasına istinadən xəbər verir ki, yemək videoları ilə tanınan fenomenlər Nina Santiago (NinaUnrated) və Patrick Blackwood restoranların birində məzmun çəkilişi apararkən ağır qəzayla üzləşiblər.
Çəkiliş zamanı restorana böyük sürətlə girən SUV tipli avtomobil masanı aşırdıb, şüşələri ətrafa səpələyib. Kadrlarda fenomenlərin mini sendviçlərdən dad aldıqları anda avtomobilin içəri girdiyi, Ninanın yerə yıxıldığı, Patrikin isə tarazlığını itirərək onun üstünə düşdüyü anlar əks olunub.
Hadisədən sonra açıqlama verən Nina Santiago bunları deyib: “Avtomobil birbaşa bizə çırpıldı, sağ qaldığım üçün şükür edirəm”.
O, əlində və üzündə yaranan kəsikləri izləyiciləri ilə bölüşərək vəziyyətinin yaxşı olduğunu bildirib.
Qəza anına aid görüntülər qısa zamanda milyonlarla insana çatıb və sosial mediada gündəm olub. Nina hadisənin həyatına baxışını dəyişdirdiyini vurğulayaraq yazıb:
“Bu təcrübə mənə əslində kimlərin önəmli olduğunu göstərdi. Həyat kin və ya qəzəb üçün çox qısadır. Bağışla, burax, anı yaşa və ətrafındakiləri sev. Bu bizim son yeməyimiz ola bilərdi”.
Patrick isə yanağında, qulağında, sinəsində və qolunda yaranan qanlı kəsiklərin fotolarını izləyiciləri ilə paylaşıb.
30 views