Xəbər verdiyimiz kimi, Saray körpüsü ətrafında mövcud obyektlərin söküntüsünə start verilib.
Sakinlərin sözlərinə görə, illərdir körpünün giriş-çıxış hissələrində yerləşən müxtəlif obyektlər yolun hərəkət zolaqlarını daraldaraq həm sürücülərə, həm də piyadalara ciddi çətinliklər yaradırdı. Sıxlıq, tıxac və qəza riskinin yüksək olması bu ərazidə hərəkətin təhlükəsizliyini xeyli aşağı salmışdı. Söküntü işləri isə artıq onların ürəyincədir.
Sosialmdia.az-nın mütəxəssisləri bildirirlər ki, söküntü işlərinin əsas məqsədi körpü ətrafında yolun genişləndirilməsi, hərəkətin daha rahat və təhlükəsiz təşkil edilməsidir. Layihə çərçivəsində yol körpüyə uyğunlaşdırılaraq 2 gediş, 2 gəliş olmaqla 4 hərəkət zolaqlı olacaq. Söküntüsü aparılan obyektlərin yerində əlavə hərəkət zolaqlarının yaradılması, yol infrastrukturunun müasir standartlara uyğunlaşdırılması nəzərdə tutulur
14 views