Sumqayıt şəhərini Saray qəsəbəsi ilə birləşdirən avtomobil körpüsünün yaxınlığında yerləşən obyektlərin sökülməsinə başlanılıb.
Sosialmedia.az-ın məlumatına görə, proses yolun genişləndirilməsi ilə əlaqədar həyata keçirilir.
İşlər Sumqayıtdan-Bakı istiqamətində yolun sağ tərəfində aparılır.
Qeyd edək ki, hərəkətə məhdudiyyət tətbiq olunmayıb.
8 views