Sumqayıt bulvarı ərazisində mobil rabitə ilə bağlı ciddi problemlər yaşanır.
Sosialmedia.az-a müraciət edən vətəndaşlar bildiriblər ki, bulvarda gəzən zaman, habelə binalarda və həyət sahələrində telefonlardan zəng etmək və zəng qəbul etmək olmur.
Ərazidə mobil internetdən də istifadə mümkün deyil:
“Evə girən andan etibarən artıq nömrələrə zəng çatmır. Aİləmizlə “priçal” ərazisinə gedirik, şəbəkə yoxdur.”
Sakinlər ümid edirlər ki, problem tezliklə həll ediləcək və narahatlıqlar aradan qalxacaq.
15 views