Xidmət Sahələri üzrə Sumqayıt Dövlət Peşə Təhsil Mərkəzinin 2025–2026-cı tədris ili üçün tələbə qəbulu üzrə I mərhələnin nəticələri bəlli olub.
Sosialmedia.az xəbər verir ki, statistik göstəricilərə əsasən, mərkəzdə 300 yerlik qəbul planı təsdiqlənib. Ümumi olaraq 1349 nəfər müraciət edib. Qəbul imtahanlarının nəticələrinə görə, 298 nəfər tələbə adını qazanıb.
Qəbul olunanların cins bölgüsünə nəzər salsaq, 200 nəfər qadın, 98 nəfər isə kişi olub.
Beləliklə, qəbul planı demək olar ki, tam dolub və gənclərin peşə təhsilinə marağı yüksək olaraq qalır.