Sosialmedia.az

ABŞ və Aİ ticarətlə bağlı “Çərçivə Sazişi” imzalayıb

ABŞ və Avropa İttifaqı Donald Trampın elan etdiyi razılaşmadan sonra ticarət üzrə “çərçivə sazişi” barədə birgə bəyanat yayıb.

Sosialmedia.az xəbər verir ki, saziş bazara çıxışın yaxşılaşdırılması və ticarət-investisiya əlaqələrinin genişləndirilməsini hədəfləyir. ABŞ Aİ-dən əksər mallara, o cümlədən əczaçılıq və yarımkeçiricilərə 15% rüsum tətbiq edəcək, avtomobillərə isə hazırkı 27,5% tarif qüvvədə qalacaq. Aİ isə ABŞ-dan dəniz məhsulları, kənd təsərrüfatı malları və qida məhsullarına güzəştli bazar çıxışı təmin edəcək, həmçinin hərbi avadanlıq alışını artıracaq.

9 views