Sosialmedia.az

Moped və motosiklet sürücülərinin ən çox yol verdiyi qayda pozuntuları açıqlanıb

Baş Dövlət Yol Polisi (BDYP) Azərbaycanda moped və motosiklet sürücülərinin ən çox yol verdiyi qayda pozuntularını açıqlayıb.

Sosialmedia.az BDYP-yə istinadən xəbər verir ki, aparılan müşahidələr nəticəsində ölkədə moped və motosiklet sürücüləri ən çox qoruyucu dəbilqədən istifadə etməmək, həddindən artıq sürət və təhlükəli manevrlər etmək, digər nəqliyyat vasitələrinin “kor zona”sında qalmaq, səkilərdə və piyada keçidlərində hərəkət etməklə piyadalara təhlükə yaratmaq, işıqforun qırmızı işığında hərəkət etmək, dövlət qeydiyyat nişanı olmadan və ya saxta nişanla idarəetmə, səsboğucuda dəyişiklik etməklə gurultu yaratmaq, qanunla müəyyən edilmiş saydan artıq sərnişin daşımaq, müvafiq sürücülük hüququ olmadan və ya tələb olunan kateqoriyasız idarəetmə kimi qayda pozuntularına yol verirlər.

Baş Dövlət Yol Polisi İdarəsi bütün motosiklet və moped sürücülərini bir daha qanunvericiliyin tələblərinə ciddi əməl etməyə, qoruyucu vasitələrdən mütləq istifadə etməyə və digər hərəkət iştirakçılarının təhlükəsizliyinə hörmətlə yanaşmağa çağırır.

29 views